Aləmzər Sadıqqızı - Məni qurban elə arzularıma...

Ədəbiyyat 18:08 / 29.03.2026 Baxış sayı: 385

 

Qanadı qırılmış bir quş misalı...

Nə yerə sığışdım, nə göyə Tanrım,

Mənim qul haqqıma, yaşam haqqıma,

Kim sahib çıxacaq, kim yiyə Tanrım!?

 

Bu qədər zalımı, qəlbi sönmüşü,

Yaradıb tökmüsən bu Yer ölmüşə...

Arada nəzər sal başına dönüm,

Gör nə yaratmışdın , nəyə dönmüşəm?

 

Az qalıb bu ömür bitir hər gecə...

Sənin sınaqların bitmir ki, bitmir.

Vallah bu yeməkdən elə doymuşam,

Ta boğazımdan getmir ki, getmir!

 

Məndim bu dünyanın bir mələk qızı...

Gör necə yenildim ağrılarıma...

Tanrım, ağrın alım , tut əllərimdən,

Məni qurban elə arzularıma!