Ələsgər Əlioğlu : - ÜÇÜNCÜ YAZ SOVQATI

QUYUYA YIXILIB...
Gəlib gül-çiçəkli yaz,
Yenə çəmənə, çõlə.
Quzeydəki quyuda
Ancaq qar qalıb hələ.
Bayaqdan
bu quyuya
Baxıb qımışır Baxış:
"Yazı görüb qaçanda,
Quyuya yıxılıb qış!.."
NƏĞMƏ GƏTİRİB...
Quşlar gəlib...
Ətrafı
Şən səs-səda götürüb.
Əli boş gəlməyib ki,
Onlar nəğmə gətirib!..
YAZDA SAYARAM
-Bir də görüm,
Ovcumda
Neçə tüm var, ay Sabir?
-Apar ək,
Qoy cücərsin, -
Yazda sayaram bir-bir!..
ÇƏMƏNLİYİN ƏTRİ
Zülfiyyə çəmənlikdən
Neçə cür çiçək dərib.
Çəmənlyin ətrini
Evlərinə gətirib...