Əbülfət Mədətoğlu : - Nəvəm NİGARIN doğum gününə
Babasının SEVİNC ÇİÇƏYİ!!! Yaradanına və VAR OLMAĞINA - Ömrümdə İŞIQ OLMAĞINA sonsuz ŞÜKÜRLƏR
Ömrümün işığı , bəxtimin adı
Varlığın dəyişdi ruhumda dadı!
Sən mənim gözümdə doğmanı . yadı -
Yerbəyer elədin, gəldiyin andan!
Arzum çiçək açdı, dodağım qaçdı
Ümidlər yolunu üzümə açdı!
Allahım, bu payın başımda tacdı -
Bunu dərk elədim, gəldiyin andan!
Gecəmi gündüzdə əridib yatdım,
Səni oxşayaraq kiridib, yatdım...
Əlindən tutaraq yeridib - yatdım -
Xoşbəxtlik dilədim, gəldiyin andan!
Bir az şıltaqlığı, bir azda nazı
Onu sevənləri edibdi razı!
Babanın nəvəyə min dəfə azdı -
Qurbanam!-deməyi, gəldiyi andan!