Dəmir Çeşməli : - Səni

Ədəbiyyat 14:39 / 27.11.2024 Baxış sayı: 5012

Başım özümə qarışdı,

Deyəsən unutdum səni.

Bu da təptəzə barışdı,

Özümə tanıtdım səni.

 

Odunu alovda sevdim,

Dadını plovda sevdim,

Ovunu tilovda sevdim,

Marağa sınatdım səni?

 

Suyunu sovurdum səpdm,

Gözündən gözümə təpdim.

Mən səndə rahatlıq tapdım,

Canıma can atdım səni.

 

Söz veribsən, sözünə gəl,

Dağına bax düzünə gəl,

Sən də bir az özünə gəl,

Güldürdüm, oynatdım səni.

                                       Bakı-2024 noyabr.