Aydın Quliyev : - 7 maddəlik " Tramp Bəyannaməsi" ...
7 maddəlik " Tramp Bəyannaməsi" 9 bəndlik " Putin Bəyannaməsini " tam üstələdi....Afərin,cənab İlham Əliyev!
Avqustun 8- də Vaşinqtonda Tramp, Əliyev və Paşinyan tərəfindən imzalanmış "Sülh zirvəsi bəyannaməsi" tək ona görə əlamətdar deyil ki , ABŞ- Azərbaycan,Azərbaycan - Ermənistan münasibətlərini yeni real mərhələyə çıxardı.Həm də Rusiya ilə geosiyasi çarpışmada ABŞ-ın daha bir bölgədə üstünlüyünü təmin etdi ...
2020- ci il 10 noyabrda Putinin iştirakı ilə virtual şəkildə imzalanmış bəyannamə real olaraq tam işlək ola bilmədi.Putin həmin sənədin nəinki imzalanmasında ,hətta ondan sonrakı dövrlərdə də Əliyevlə Paşinyanı məzmunlu bir müzakirə üçün üz- üzə danışığa da gətirə bilmədi.Bu da nəticə....
Tramp Rusiyanı Bakı- Yerevan normallaşma prosesindən faktiki olaraq çıxardı.Tramp Qafqazda sülh təşəbbüslərini Putinin əlindən aldı.Əslində Putini aldatdı.Ukrayna ətrafında apardığı " ləng müharibə və qırılmayan sülh ümidləri" siyasəti ilə aldatdı....
Əslində Vaşinqtonda imzalanmış 8 avqust Tramp- Əliyev- Paşinyan bəyannaməsi 10 noyabr 2020- ci il bəyannaməsinin ömrünü bitirdi...Putinin 5 il əvvəl həmin Bəyannaməyə "Zəngəzur dəhlizi" ifadəsini salmağa belə gücü çatmadı .Böyük ehtimalla bunu istəmədi.Çünki Zəngəzurun faciəli şəkildə tikə - parça edilməsində öz əlləri var idi axı....Ancaq 8 avqust Vaşinqton Bəyannaməsinə " Sülh və Rifah naminə Tramp yolu" adlı marşrutu salmağa Trampın qüdrəti çatdı.Putin dövlətlərarası sənədlərə Zəngəzur dəhlizi adının rəsmən salınmasına nə özü çalışdı, nə də buna imkan verdi.Ancaq Tramp artıq həmin marşrutu dövlətlərarası mötəbər sənədə daxil etdirdi.Putin istəsə də, istəməsə də " Tramp yolu" artıq beynəlxalq rəsmi leksikona daxil edildi.
Ancaq biz "Tramp yolu" ilə yanaşı " Zəngəzur dəhlizi" ifadəsinin də beynəlxalq diplomatik ,siyasi leksikonda işlədilməsinə çalışmalıyıq.Ən azı tarixi ərazilərimizə qarşı edilmiş ədalətsizliyə etirazın ifadəsi və simvolu kimi......