Aləmzər Sadıqqızından  İKİ  ŞEİR  - Bəzən hönkürərsən ürəyinin boşluqlarına...  Uzaqlar gəlib...

YAZARLAR 11:36 / 19.01.2026 Baxış sayı: 2807

Bəzən hönkürərsən ürəyinin boşluqlarına...

Gülümsəməkdən başqa çarə qalmaz ağrılarına.

Sağ əlini sol yanına qoyub,

Təsəlli verərsən gələcək imtahanlarına.

Saman çöpü kimi tutunduğun ümidlərini buraxarsan taleyin ixtiyarına.

Ürəyinin böyüklüyündə özünə yer tapmasan...

Kiçilərsən gözlərində,

həyat bu qədər zalım ...

Ölümlə- qalım arasındakı boşluq qədərdi taleyimiz.

Sevgilər bəzən intihar edər yalanların ağuşunda...

Bir ürək solub geder,

Başqa sevdaların doğuşunda...

Ruhun göynəyəndə bilərsən,

dünyanın ən böyük adamı olduğunu...

Dünyaya yuxardan baxarsan böyük,

aşağıdan baxarsan ürəyin boyda görünər...

 

 

Uzaqlar gəlib...

Çiçək tək açarsan qəfil sevgidən,

Bilməzsən ömrünə yasaqlar gəlib.

Hələ isinməmiş yaz günəşinə ,

Bir də görərsən ki, sazaqlar gəlib...

 

Xəyallar qurarsan quş yuvası tək...

Dolub boşalarsan yaz havası tək...

həyat şirin gələr eşq səfası tək,

Bilməzsən ömrünə tuzaqlar gəlib....

 

Gözlərin yollardan asılı qalar,

Ayrılıq qolunu boynuna salar.

Qapını qəfildən hicranlar çalar...

Açıb görərsən ki, uzaqlar gəlib...

19 .1.2016.