Ağaevli Əli Hacı - Prospektimizin adı-qış...
Prospektimizin adı-qış,
Küçəmizin adı-payız !
Tinindəki on üç saylı,
Kirayə çadır-evimiz !
Qapıdan çölə həvəs yox,
Pəncərədən içəri gün !
Bəxt əlil arabasında,
Vaxtımızda ki,didərgin !
Gecəyə Ay doğması,
Sönən işıq təsəllimiz !
Ömrümüz közün içində,
Ölçülü olur kefimiz !
Çörəkli ayaqımıza,
Qazanmağa əl kəsili !
Ölmək-arzuya çevrilib,
Allahla bəndə küsülü !
Ata,oğul,ev-eşik də
Sözün ağrısı altdadır !
Buna da şükür edirik,
Ümüd etmək baş aldadır !
İlahi ! Sənə deyirəm,
Sənə bəllidir yerimiz !
Səndən o,yana keçməsin,
Bu küçə,bu ev sirrimiz !