Ağaevli Əli Hacı : - Haqq yaşadır ocaq-ömrü !

Ədəbiyyat 08:33 / 20.11.2024 Baxış sayı: 398

Sözüm qalmadı deyəcək,

qaraladım bu ağ ömrü !

Şər deyilən adamların,

qapısından uzağ ömrüm !

 

Kim yaraşmır öz yerinə ?!

andı qoydum düz yerinə.

Söylədiyım söz yerinə

əritdilər bu dağ ömrü !

 

Bu ağac,güvənin olsun,

yığ barını sənin olsun.

Ağacın anası ölsün,

elədilər budağ ömrü !

 

Şəklim gözəl,rəng saz olub,

tale yazan rəngsaz olub !

Üzdüyüm su dayaz olub,

batırıbdı bu sağ ömrü !

 

Get daşı sev,daş dilsizdi

sözə əyil,ölümsüzdü !

Sən yaşatma,onsuzda

Haqq yaşadır ocaq-ömrü !