Ağaevli Əli Hacı : - Bir payız yağış yağdı...
Bir payız yağış yağdı,
üstünə yay sevgimin !
Bir qışın yükü düşdü,
üstünə yaz günümün !
Günlərim sərxoş kimi,
içdi meyi ömürdən .
Günlərimə bənzədim,
özüm də hərdən,hərdən !
Qəribliyə çəkildim,
uçdu sözümün damı.
Söz içində dəfn edin,
qəribliyin ADAMIN !