Xəyalə Sevil - Necə dəyişmişəm?

Ədəbiyyat 06:46 / 07.09.2025 Baxış sayı: 1906

Necə dəyişmişəm?

Ürəyincəmi?

Bu ruhsuz, duyğusuz

Halım necədi?

İndi, yoxsa öncəmi?..

Qəfil ürəktutmasıtək

Tutmuşam ürəyimi.

Hara qoyum?

Küncəmi?

Təzə-təzə sevinirdim,

Təzə-təzə sevirdim.

Dağıtmısan,

Qoparmısan qönçəmi.

Özünü bir özgəsiylə

Nə vaxt dəyişir insan?

Nə vaxt?

"Böyüyüncəmi?"