Xəyalə Sevil - Həyat yolda öyrənilir...
Həyat yolda öyrənilir,
Dayanma, dedim özümə.
Sonra ürəyimi açdım-
Heç kimə yox,
Öz üzümə.
Təklənəndə nə pis olur
Adamların çoxluğu.
Görən, kimə yer eləyər,
Getsəm, mənim yoxluğum?
Gün bozardı,
Axşam düşdü,
Payız başqa fəsildi.
Gecədən yağan gözlərim
Səhərəcən kəsildi.
Bir ruhumun canı çatmır,
Bir əlimin əsası.
Mən də belə qocalıram,
Uzun sözün qısası.