Xatirə  Rəhimbəyli - Xan anam,xanım anam...

YAZARLAR 08:00 / 13.06.2026 Baxış sayı: 380

 

Həmin o məşum gecədi-sabahı sənsiz açılan,son nəfəsinə qaranəfəs yetişdiyim gecə...

Sən övladlarını elə çox sevirdin ki, onları işlərinə,eşlərinə belə qısqanırdın.İşimin ən çox olan vaxtı getdin.Vaxt dolanıb bu gecəyə və sənsiz açılan bu sabaha gələndə dünya dar olur başıma.Bu olumlu-ölümlü dünyada sənin ölümün dan gəlir hələ də mənə.Barışa bilmirəm. Böyümədim ,ay ana...Sənə həmişə"Sən mənim anam yox,qızımsan "-deyərdim .Bəlkə bu iki yoxluqdu məni birləşib belə sıxan ?Hər nədisə,göyüm-göyüm göynədir məni hələ də...

İş saatımın bitməsini əzbərləmişdin,zəng edirdin gileylənə-gileyləmə"Az-az. bala,mən zəng eləməsəm, sən zəng etmiyəcəksən?""indi çıxdım işdən,ay ana"Yol gedə-gedə danışardım,dözməzdin təngənəfəsliyimə "Nəfəsin çiynindən çıxır ,ay bala,ürəyin cırıldı ki,et və çat,dincəl,danışarıq"Hər gün işdən çıxıb yol gələ-gələ zəngsiz telefonu qulağıma tuturamm ...

Evdə zəngini gözləyirəm...

...Könlüm elə isrəyir

Təsəllini,səsini...

Eh,sən də qapatmısan

Mənə tərəf açılan

Könül pəncərəsini...Uğrunda rəngi avazımış,istisi azalmış o əllərini buraxdığım üçün küsmüşəm işimdən də

Əziz dostlar,yaşamayan bilmez,analarınızı çox sevin,, çox ünsiyyət qurun onlarla,sonra çətin olur