Əşrəf Veysəlli - ÜRƏK ŞAİRİ
Ədəbiyyat
12:58 / 12.06.2026
Baxış sayı: 564
“Sən gərək qalaydın mən görən kimi”-
Ürəyi nisgillə dinir şairin.
Gülər gözlərində qəm görən kimi
Hər anı zülmətə dönür şairin.
Yazdığı sözləri barı tap,hərdən,
Dərdli gözlərinə dərdi təp hərdən.
Ürəyi gör necə düşür təpərdən,
Gözləri gör necə sönür şairin.
Ağlayar ürəkdən,gülər ürəkdən,
Vəfasız adları silər ürəkdən.
Elə öləndə də ölər ürəkdən,
Bu ürək şairi, könül şairi.