Xatirə Fərəcli - BAHAR
Ədəbiyyat
10:25 / 12.06.2026
Baxış sayı: 553
Aşiqinəm, al qoynuna, quc bərk-bərk,
Uyuyum qoy ağuşunda eləcə,
Açıl qönçə-qönçə, yağ çiçək-çiçək,
Qərq olum gül yağışında eləcə.
Qaçım səhra boyu, qucum düzünü,
Bəxtəvər-bəxtəvər yumum gözümü,
Çiçəkli çəmənə qoyub üzümü,
Məst olum gül baxışında eləcə.
Köçür şəlaləni, sellən könlümdə,
Güzgün bil, ətirlən, güllən könlümdə,
Gülüstana dönsün elə könlüm də,
Artsın qoy bir naxışın da eləcə.