AyazArabaçı Rüstəm Behrudi ilə...
Rüstəm Behrudi ilə dərdləşirik. Həm də dar ağacının altında.
Şair bir az pəncərədən uzaqlara baxıb susur. Sonra asta səslə deyir:
-İnsan elə bilir ki, ömrü qarşıdadır. Sonra bir gün görür ki, yolun özü ömür imiş...
Mən gülümsəyib soruşuram:
-Bəs şeir nədir?
O çiynini çəkir:
-Şeir söz deyil. Şeir adamın içində danışa bilmədiyi şeylərin səsidir. Elə şeylər var ki, onu nə dosta deyə bilirsən, nə düşmənə. Amma bir misra gəlir, hamısını aparır.
Bir az susuruq.
Pəncərədən axşam işığı düşür. O yenə danışır:
Dar ağacı həmişə ağacdan və kəndirdən olmur. Adamın öz xatirələri də dar ağacı olur. Hərdən adam illərlə öz xatirəsindən asılıb qalır.
Mən soruşuram:
-Bəs nicat yolu varmı?
Üzümə baxıb yüngülcə gülümsəyir:
- Nicat?
Adam ya yazır, ya sevir, ya da yola çıxır. Qalanı vaxtın işidir.
Sonra çayından bir qurtum alıb əlavə edir:
Bilirsən, insanı böyüdən sevinc yox,yaşadığı ağrılardır.
Söhbət uzanır.
Çöldə külək başlayıb..