Tapdıq ƏLİBƏYLİ - DİNDİ KÖNÜL ORMAN, ÇƏMƏN DİLİNDƏ

Ədəbiyyat 10:40 / 12.06.2026 Baxış sayı: 575

Ə

Səhər mehi sığal çəkir yarpağa,

Zümrüd meşə dalğalanır dəniztək.

Tamaşadır təravəti torpağa,

Müşk-ənbərdir taladakı biçənək...

 

Dindi könül orman, çəmən dilində,

Heyrətimə misra-misra bələndim.

Öz dili var, çiçəyin də, gülün də,

Uşaqlıqdan bu əsrara bələdəm..

.

Ağaclar da duyğuludur yaz çağı,

Göz oxşayan gözəlliklər bərq vurur.

Təbiətin tər, qənirsiz, naz çağı

İlham sözə, söz ilhama vurulur ...