“Zamanı aşan düha” adlı tədbir keçirilib.

 

MƏDƏNİYYƏT 08:35 / 12.06.2026 Baxış sayı: 583

İyunun 10-da Mədəniyyət Mərkəzinin və Xaqani adına Poeziya Evinin birgə təşkilatçılığı ilə Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyi münasibətilə “Zamanı aşan düha” adlı tədbir keçirilib.

Yenises.az   xəbər  verir  ki, tədbir iştirakçıları   öncə  böyük  şairin həbsdə olduğu təxmin edilən qədim Şabran Dövlət Qoruğundakı zindanda olub,   daha sonra Xaqanin adına Poeziya Evinin önün  də  ucaldılmış  möhtəşəm  i heykəlin önünə    tər  çiçək dəstələri qoyulublar.

Keçirilən  anım  tədbirində     iştirak  üçün  paytaxtdan  gəlmiş  tanınmış qələm adamları, həmçinin  yerli yazarlar, mədəniyyət işçiləri, müəllimlər və şagirdlər qədim  Şabranda   xoş  anların  şahidi  oldular..

Bu  musiqili  tədbirdə  xanəndələr dahi şairin  qəzəllərinə yazılmış muğam ifa edib, şagirdlər onun Şabranda həbsdə olarkən qələmə aldığı “Həbsiyyə”sindən beytlər səsləndirildi.

Şabran rayon Xalq teatrının aktyoru Qulu Mövsümov Xaqani obrazını canlanırıdı.

Tədbirin sonunda xatirə şəkili çəkilib