Xatirə Rəhimbəyli - Ah,zalım,sinəmdən çalıb apardın

Ədəbiyyat 21:21 / 11.11.2026 Baxış sayı: 285

Ah,zalım,sinəmdən çalıb apardın,

Eylədin özünə daxıl urəyi.

İçinə min çurə duyğular yıgıb,

Beləcə,çatlatdın axır ürəyi.

 

Nə xeri,azad et,ya zindana qoy,

Abad et yenidən,ya virana qoy.

Solğun duyğulara götür həna qoy,

Həna qabı etdin fağır ürəyi.

 

Nə yaşamaq umur,həyat istəyir,

Nə bir tam tamsınır,nə dad istəyir.

Qaçıb hüzuruna na imdad istəyir

Kim harada necə sıxır ürəyi

 

Nadan sevdaların yerini bilməz,

Min sual eyləyər,birini bilməz...

Dəyərini bilməz, qədrini bilməz

Hər xain urəyi,paxıl urəyi...