Fərhad Tapdıqoğlu -  Yaxbala

YAZARLAR 09:18 / 11.11.2026 Baxış sayı: 474

 

( qısa hekayə)

Bir az da təbəssüm

 

Lap kiçik yaşlarından pinti idi.Yediklərini üz-gözünə,üst-başına yax-ırdı .Həmişə anasından yax-mac istəyirdi.Çörəyin üstünə nehrə yağı da çəkdirərdi motal pendiri də,şor da,bəhməz də,irçal da...

Atası ona fırça da almışdı,rənglər də.O rəngləri vərəqlərə də,divara da ...hər yerə yax-ırdı.

Böyüdükcə əzginiş olurdu.Qızbibiliyi də vardı.

Bığ yeri tərləyənə qədər anası ilə "xına yax-dıya " da gedərdi ," paltar biçdiyə "də...

Böyüdükcə ləğviyyətliyi də artırdı,səydəşliyi də.

Həmişə köynəklərinin yax-ası açıq olardı.

"Yax-an düymələ- düymələ"

mahnısı səslənəndə televizoru da( radio qəbulediciləri də) söndürürdü.Xoşlamırdı o mahnını...

...Hərbi xidmətini başa vurub qayıdandan sonra tay- tuşları arasında "yax-a- yax-a" gəzirdi.

Tikintidə işə düzəldi.

Maaşdan sonra özünə təzə nəsə alır,çox forslanırdı,yax-ırdı...

Adı Yadulla olsa da, tanıyanlar "Yax-bala" çağırırdılar.

Ona- buna qara yax-mağı xoşlayırdı "Yax-bala..."

İş yerində hamını boğaza yığmışdı, tikinti rəisi olan dayısına arxayındı.

Amma...

Bir gün dayısının yax-ası "ələ keçdi". "Ölü canlar" saxladığına görə,tikinti materiallarını satdığına görə...

" Yax-bala " Yadullanın şəltəsi işləmədi daha ...

Nə bir kimsəyə "qara yax-dı",nə də "yax-a- yax-a " gəzdi...

Köynəyinin də yax-asını düymələdi...

Yadına anasının düzəltdiyi yax-mac düşdü...ora-bura yax-dığı rənglər düşdü...hamıya "qara yax-mağı" düşdü," yax-mağı " düşdü...

P.S.Bilməyənlər üçün əzginiş : əzilə - büzülə danışan.

Ləğviyyət-mənasız,məntiqsiz danışan.