Ehtiram Ilham - Bir də

Ədəbiyyat 12:47 / 11.11.2026 Baxış sayı: 483

Gördüm çoxlarını naxələf, Xudam

Yönümü dostlara salsınmı bir də.

Göyə uzanmaqdan heyindən düşüb,

Əlim ətəyində qalsınmı bir də.

 

Dalımca quduran itdimi, qapan,

Qara yığvaldımı yolumdan sapan.

Telimi darayıb, ruhuma hopan

Meh belə saçımı yolsunmu bir də.

 

Elə çəkdirib ki, daha nə qala?

Ehtiram qoy düşsün hər qalmaqala.

Canım ilhamımla getmir ha yola,

İlhamım canımda ölsünmü bir də?..

07.11.26.