Sərraf Şiruyə - Sərraf Şiruyə

Ədəbiyyat 11:19 / 11.11.2026 Baxış sayı: 505

 

(təcnis)

 

Ovu bərəsində vurmayan ovçu,

Ha çalışsa, ovu gəlməz bir ələ.

Adil hökmdarsan, ay Allah-taala

Möhtac qoyma, sən bir əli bir ələ.

 

Günəş sönüb, bənzər olub ay, ağa,

Bəxtim kimi qəddim düşüb ayağa.

Günahkaram, qur divanı, ay ağa,

Tök xəlbirə əməlimi, bir ələ.

 

Şiruyəyəm, barışmazdım yar ilə,

Mən ay dedim, vədə qoydu yar ilə.

Şərt bağlayıb, zər atanda yar ilə,

Uduzdurdum taleyimi bir ələ.

1970-ci il