ŞahverənCavad  -  Bitməyən fəryad

Ədəbiyyat 16:45 / 11.11.2026 Baxış sayı: 240

 

Yurdun qan möhrüdür-şəhid məzarı,

Şəhid olmaq üçün möhlətimmi var?!

Şükür ki,bitməyib ömrümün yolu,

Hələ ayaqlarım yol daşıyırlar-

Vətən!

Sahillərdə bitən dənizlər üçün,

Fəryad qoparırlar ağ qağayılar.

Sərhədlər yarıya böldü ömrünü-

Qağayı könlümün bir fəryadı var-

Vətən!

 

Xəritə sərhədi torpaqdan çəkir-

Qəlbimdə mən bütöv çəkmişəm səni.

Ağaclar torpaqdan pöhrələnərlər-

Eşqini qəlbimdə əkmişəm sənin-

Vətən!

 

Anamın əlinin çörək qoxusu,

İlk ana laylamın,südün adısan.

Qürbətdə yaşayan vətənsizlərin

qəlbində bitməyən bir fəryadısan-

Vətən! Vətən! Vətən!

11. 11. 2026