Millətin ən dirisi - Rəfail Tağızadə
Sizin üzünüzdə İlahi bir nur,
Sizin üzünüzdə xoş bir təbəssüm.
Demək, siz Allahın seçilmişisiz,
Demək, siz Allahın sevimlisisiz.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!
Sizdən başqa o zirvəyə kim qalxar?
Sizdən başqa o zirvəni kim alar?
Ucalığa qalxa-qalxa ucalar.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!
Sevgilərin sevimlisi Vətəndi.
Ona qurban, axan qandı, bədəndi.
Şəhid sonda arzusuna yetəndi.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!
Sən övladsan, sən igidsən, sən ərsən.
Düşmənlərə qan udduran ərənsən.
Sən özün də bizim üçün Vətənsən.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!
Sənin yolun zirvələrə gedən yol,
Sənin yolun o müqəddəs, Vətən, yol,
Sənin yolun Bayraqlarla bitən yol.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!