Əlirza HƏSRƏT - DOLAN BULUD
Gözəl bulud,nə dolubsan,
Sən ağlama,mən ağlayım.
Ovcunu tut göz yaşıma,
Beləcə,dən-dən ağlayım.
Sığışmıram Yerə,Göyə,
Könlüm dönüb sınıq neyə.
Səsim sənə çatsın deyə,
Bir az hündürdən ağlayım.
Yel öpür çılpaq budağı,
Qaçır payızın dodağı.
Sevib güvəndiyim dağl,-
Aldı duman-çən,ağlayım.
Köçən quşların hüzünü,
Bürüyübdür Göy üzünü.
Dolan bulud,sil gözünü,
Qoy belə hərdən ağlayım