Əli Hacı Ağaevli -OLMADI

Ədəbiyyat 10:29 / 11.11.2026 Baxış sayı: 489

 

 

Baxdım göy üzünə,yerim olmadı

Dünya gözəldir dedilər,şeirim olmadı !

 

Çıxdım haqq yoluna,düzüm olmadı

Geriyə dönməyə,üzüm olmadı !

 

Bu bazar içində alım olmadı,

Yoxdan söz yaratdım,alim olmadım!

 

Yandım ocaq kimi,külüm olmadı

Daha boy atmağa könlüm olmadı !

 

Həsrətdən vüsala yolum olmadı,

Qaçdım ayrılığa,ölüm olmadı !