Vətənə sevdalanan  Məhəmmədin  şərəfli döyüş yolu

YAZARLAR 11:27 / 06.04.2026 Baxış sayı: 419

 Adı  Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan  44 günlük haqq savaşımızda   30 il düşmənə əsir düşən Qarabağımızın  azadlığı uğrunda alovlanan döyüşlərdə  son  damla qanına qədər  vuruşub şəhidlik zirvəsinə ucalan  qəhrəman Vətən sevdalısı Məhəmməd Cəlal oğlu Quluzadə  7 avqust 1999-cu ildə Biləsuvarın Bəydilli kəndində dünyaya göz açıb. Məhəmməd qısa bir ömür yaşadı.  Qaldı ki, Vətən, torpaq uğrunda  canını fəda etməklə şərəfli  ölümü əsl qəhrəmanlıq  məktəbi oldu.

Köksündə  sevdalı bir ürək döyünən Məhəmməd  orta məktəbi başa vurub müstəqil həyata qədəm qoyanda  düşmən tapdağında olan Qarabağımızın taleyini daha çox düşünüb. Elə ən böyük arzusu da birinci növbədə  Vətən torpaqlarını erməni işğalında azad görməsi olub.  Məhz buna görə də ordu sıralarına həvəslə gedib. Əsgəri xidmətinə cəbhə bölgəsində başlayan Məhəmməd  əldə silah ləyaqətlə Vətən torpaqlarının  keşiyində durub və  onu göz-bəbəyi kimi düşmən qüvvələrindən   qoruyub. Olduqca mərd, cəsur , ağıllı əsgər  bir qayda olaraq  üzərinə düşən vəzifələri  bacarıqla, layiqincə  yerinə yetirib.   Həmçinin mübarizə meydanında yağıya qalib gəlmək üçün  vacib təlim - məşqlərə  həvəslə qatılıb, çətin sınaqlardan uğurla çıxmaqla   hərbi biliklərə lazımi səviyyədə yiyələnib. Beləcə, nümunəvi xidməti ilə zabitlərin, əsgərlərin  sevgisini qazanan Məhəmməd 2019-cu ildə  hərbidən tərxis olunaraq üzüağ evinə qayıdıb.

Məhəmməd Vətənin dar günündə evdə heç cür  rahatlıq tapa bilməyib. Xəyalı gecə-gündüz döyüş bölgələrində olub və yağıdan qisas almaqdan ötrü məqam gözləyib.  Bu məqsədlə 2020-ci ilin ortalarında  könüllü şəkildə ordu sıralarına qayıdıb və Tərtər rayonunda yerləşən hərbi hissədə  müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 27 sentyabr 2020-ci ildə çoxdan  gözlədiyi gün gəlib çatıb. Belə ki, həmin gün erməni işğalçılarının təxribatı nəticəsində Qarabağın azadlığı uğrunda müharibə başlanıb. İgidlik, rəşadət, şücaət qanında-iliyində olan Məhəmməd  erməni işğalçılarına qarşı nifrətlə, ölümün gözünə dik baxa-baxa döyüşə girib. Öndə cəsarətlə  vuruşmaqla dığalara ciddi itkilər verib,  onların çoxlu məkrli  planlarını alt-üst edib. Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində   gedən  ölüm-dirim savaşında  isə  xüsusi qəhrəmanlıq göstərib.   Verilən bütün tapşırıqları cəsarətlə yerinə yetirib, sözün əsl mənasında erməni dığalarına qan qusdurub. Təəssüf ki,  elə burada düşmən gülləsinə tuş gələrək  arzularla, istəklərlə dolub-daşan ürəyi əbədi dayanıb. Onun şəhidliyi Vətən sevgisinin hər şeydən uca olduğunu  bir daha  nümayiş etdirib.

Göstərdiyi igidliyə görə  ölkə rəhbəri, Ali Baş Komandan  İlham Əliyevin müvafiq sərəncamları  əsasında  Məhəmməd  Cəlal oğlu Quluzadə  ölümündən sonra  "Vətən uğrunda", Laçının, Suqovuşanın azadlığına görə medallarına layiq görülüb.

Bəli, Vətən, torpaq sevgisi Məhəmmədi şəhidlik zirvəsinə ucaltdı.  Odur ki, o, torpağa gömülmədi, köç etdiyi yer könüllər oldu.

Zəfər ORUCOĞLU,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü