Əşrəf Veysəlli - SƏNİ KİMƏ TAPŞIRM

Ədəbiyyat 10:00 / 06.04.2026 Baxış sayı: 492

 

Səni kimə tapşırım,

harda bəsləyim səni ?

Sarı simə tapşırım,

tarda bəsləyim səni.

 

Gəzdirim pərdə- pərdə,

dinləsin göy də, yer də.

“Çahargah” da, “ şüştər” də,

“ Şur” da bəsləyim səni.

 

Bu saf, təmiz eşqimiz

ay kimi, günəç kimi.

Qon gözümə yaş kimi

nurda bəsləyim səni.

 

Ürəyim dar qəfəsdə,

kim olar mən həvəsdə?

Bir salamat yer göstər,

orda bəsləyim səni.

2018- ci il.