Bəhram Bilaloğlu - Huşunu itirən qadın görmüşəm

Ədəbiyyat 09:35 / 06.04.2026 Baxış sayı: 1080

Huşunu itirən qadın görmüşəm,

İllərdi övladın tanıya bilmir.

Ağıl divarından yıxılan andan,

Hicrana yol tapıb, yoluna gəlmir.

 

Bu həyat qiyamət yaşadır ona,

Nə vaxt bitəcəyi bilinmir ancaq.

Su verən balanın tanınmaması,

Qəlbləri yandırır, silinmir ancaq.

 

Bəzən təbəssümü, bəzən kədəri,

Yıxılır ruhuma, üsyan qoparır.

Gözündə bir qadın gəzdirənlərin,

Aldığı ibrətdi, ehsan aparır.