Vətən sevgisini bir səngərdə birləşdirən hərbi qəzet

YAZARLAR 21:22 / 21.07.2026 Baxış sayı: 1753

22 İYUL - MİLLİ MƏTBUAT GÜNÜDÜR !.

 

Qəzet: - İctimai fikrin formalaşmasında və baş verən hadisələr barədə insanların məlumatlandırılmasına təsir edən yazılı vasitəyə qəzet deyilir. Qəzet adı İtalyada XVI əsrdə kağız vərəqdə çap edilən saray həyatı, ticarət xəbərləri, şəhər məlumatları haqqında xəbərlər oxumaq üçün ən xırda pul vahidi olan " qəzet " ödənilirdi.

XX əsrə qədər Azərbaycan dilində " Qəzet " ə " Ruzunamə " deyirdilər. Qədim Romada b.e.ə 59-cu ildən " Senatın işləri " adlı indiki " Qəzet " i xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə əhali üçün vacib olan hadisələr yazılardı.

Azərbaycanda ilk rəsmi yazılı qəzetin " Əkinçi " adı ilə Azərbaycan dilində 22 iyul  1875-ci ildə Bakı şəhərində görkəmli ziyalı, böyük mütəfəkkir - maarifçi Həsən bəy Zərdabi tərəfindən buraxlışı təşkil edilmişdir. Ancaq xalqımızın milli tarixi keçmişinə nəzər saldıqda görürük ki, Azərbaycanda milli mətbuatın tarixi çox qədimdir. Belə ki, b.e.ə GƏMİQAYA və QOBUSTAN qayalarında çəkilmiş şəkillər, həkk olunmuş yazılar bunu bir daha sübut edir. Bəli, həqiqətən də xalqımızın tarixi qədər Milli Mətbuatımız da, qədim və zəngindir. Gələcəkdə bu mövzuda geniş və ətraflı yazı hazırlamağa çalışacam..

Bu gün ki, tarixi əlamətdar günlərdə bizi düşündürən, bizə yaxın və doğma olan vacib məsələlərdən biri də xalqımızın hərb salnaməsi və Milli Hərbi Mətbuatın yaranış tarixidir. Milli Mətbuat tariximizdə hərb, müharibə mövzuları Azərbaycan Xalq Cümhuriyyəti  dövründə nəşr olunan mətbu orqanlarında " Azərbaycan ", " İstiqlal ", "

Açıq Söz " qəzetlərinin səhifələrində daha geniş yer alıb.1920-ci ilin 28 aprel işğalından sonra AZƏRBAYCAN DİVİZYASININ orqanı olan " QIZIL ƏSGƏR " qəzeti fəaliyyətə başlamışdır. Sonralar " SAVADLI QIRMIZI ƏSGƏR " ilk hərbi jurnal 1922- ci ildə Bakıda nəşr olunur. Bir müddət sonra görkəmli sərkərdə, tam artilleriya generalı Əlağa Şıxlinskinin təklifilə bu mətbu orqan " HƏRBİ BİLİK " jurnalı adilə nəşr edilir. Bu jurnal hərbi elmi əsaslara və hərbi nəzəri biliklərə söykənərək məzmununda və tərkibində yeniliklər edir.

   1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa edildiyi ilk günlərdə, obyektiv və subyektiv səbəblər üzündən dərhal Silahlı Qüvvələrimiz də bərpa edildi. Müstəqilliyimizin ilk günlərində Azərbaycan hərb tarixində  mövcud olmuş " HƏRBİ BİLİK " jurnalı 70-ildən sonra bərpa edilməklə yanaşı 1992-ci ilin fevral ayında nəşrə başlayan " AZƏRBAYCAN ORDUSU " ( əvvəllər XALQ ORDUSU " adlanırdı. ) qəzeti bu gün, Silahlı Qüvvələrimizin ən dəyərli mətbu orqanlarıdır.

  Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri içərisində mühüm yer alan hərbi mətbuatımız, ötən illər ərzində böyük inkişaf yolu keçmişdir. Belə ki, döyüşə - döyüşə yaranan, yarana - yarana döyüşən Silahlı Qüvvələrimizin  mətbu orqanları qanlı müharibənin ağrıları  içərisində yoğrulub, bərkiyib cilalanmışdır. Milli hərbi mətbuat vasitələrimiz ölkəmizin ərazi bütövlüyü uğrunda illərlə - on illərlə davam edən müharibəni, ŞƏHİDLƏRİMİZİN keçmiş olduğu şərəfli döyüş yolunu, Vətənpərvər, əzimkar döyüşçülərimizin  qəhrəmanlıq nümunələrini, döyüşlər zamanı yaralanaraq qazi adına yüksəlmiş cəsur döyüşçülərimizin düşmənə qarşı barışmazlığını, düşmən üzərində qazanılmış uğurlu qələbələri, döyüş və döyüşə hazırlıq məşğələlərini, ordu və xalq birliyini, döyüş əməliyyatları salnaməsini öz səhifələrində qürurla işıqlandırdı və tarixə çevirdi...

   1992-ci ilin ağır və qanlı döyüşləri zamanı düşmənin seperatçı, terror - quldur dəstələri FÜZULİ döyüş cəbhəsilə bir başa təmas xəttində yerləşən yaşayış məntəqələrinə tez - tez basqınlar edir, özünün çirkin işğalçılıq niyyətini həyata keçirməyə cəhd göstərirdilər. Düşmənin təxribatçı terror - quldur dəstələri hər gün, 24 saat FÜZULİ şəhərinə və ətraf yaşayış məntəqələrinə müxtəlif çaplı silahlardan və artilleriya qurğularından atəş basqınları edir, insanların sakit həyat tərzini pozmaqla onlar üçün qorxu və təhlükə yaradırdılar. Demək olar ki, hər gün FÜZULİ şəhərinə və təmas xəttinə yaxın olan yaşayış məntəqələrinə yüzlərlə, minlərlə güllələr, bombalar və mərmilər atılırdı.Yaranmış ağır və üzücü hərbi - siyasi vəziyyətin aradan qaldırılması məqsədilə FÜZULİ ictimaiyyəti, təəsübkeş,  Vətənpərvər ziyalı təbəqə və gənc nəsil silaha sarılmşdı. Müharibənin ilk günlərindən Silahlı Qüvvələrimizin Qoşun hissələrilə bərabər rayon ərazisinin düşmənin quldur dəstələrindən qorunması, müdafiə və mühafizə olunması məqsədilə yaradılmış FÜZULİ ƏRAZİ ÖZÜNÜMÜDAFİƏ TABORUNUN bölmələri gücü çatdığı qədər düşmənə qarşı barışmaz mübarizə aparırdı.Bu döyüşlərdə onlarla döyüşçü qəhrəmanlıq nümunələri göstərir, düşmən gülləsindən yaralanır və sağlamlığını itirirdi. Belə çətin, ziddiyətli şəraitdə mərkəzi mətbuat və kütləvi informasiya vasitələri ilə tez - tez əlaq saxlamaq, müharibə həyatını əks etdirən qəhrəmanlıq mövzulu hekayə və oçerkləri hazırlamaq, xüsusi tele - repotajların yayımlanmasına nail olmaq heç də asan deyildi. Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq, Ümumqoşun və Döyüş Nizamnamələrindən irəli gələn tələblər çərçivəsində Döyüşçülərə müharibənin bizim tərəfimizdən ədalətli, düşmənin isə ədalətsiz olduğunu təblğ etmək ; Vətənə məhəbbət, xalqa sədaqət, düşmənə nifrət hisslərini aşılamaq ; təəsübkeşlik və Vətənpərvərlik ruhunu daha da gücləndirmək ;  komandirinə və silahına inamı, əsgəri dostluq - yoldaşlıq münasibətlərini tərbiyə etmək ;  hərbi intizamı möhkəmləndirmək, qanunçuluğu gücləndirmək və hərbi qulluqçular arasında döyüş əzmini daha da artırmaq ; Milli həmrəylik, milli təəsübkeşlik, milli qürur, milli ləyaqət, milli dövlətçilik və Azərbaycançılıq məfkurəsi ideoloji konsepsiyasının təbliğat - təşviqat işini genişləndirmək ;  bayrağa, Vətənə, torpağa, xalqa bağlılıq, onun uğrunda əzimkarlıq  mübarizlik və fədakarlıq göstərmək ; düşmənin çirkin niyyətli işğal siyasətinə qarşı barışmaz olmaq, son qarış torpağımız uğrunda rəşadətlə sarsılmazcasına mübarizə aparmaq.

  Döyüş cəbhəsində müntəzəm olaraq aparılan döyüş əməliyyatlaı ərəfəsində qoşunlarda yerinə yetrilən bütün növ döyüş təminatilə yanaşı ilk növbədə Mənəvi psixoloji təminat mühüm rol oynayırdı. Qoşunlarda Mənəvi psixoloji təminatın həyata keçrilməsində komandirlərin, bu sahədə mövcud olan vəzifəli hərbi qulluqçuların, manqalarda döyüş fəallarının fəaliyətilə yanaşı mətbuatın və kütləvi informasiya vasitələrinin rolu danılmazdır.

Ancaq o dövrə görə, yerli və mərkəzi mətbuatın güc və vasitələri, imkanları döyüş cəbhələrini vaxtlı - vaxtında təmin edə bilmirdi. Çünki, vacib olan amillərdən ən əsası, düzgün olan informasiya və təbliğat - təşviqat işi idi. Mövcud şərait, bunun üçün güc və vasitələrin artırılmasını tələb edirdi.

   Bir gün, " Azərbaycan ordusu " qəzetinin əməkdaşı, hərbi jurnalist, yazıçı - publisist,  mərhum, baş leytenant Nemət Veysəlli və Əməkdar jurnalist, şair, yazıçı - pulisist Əbülfət Mədətoğlu ilə " Üryandağ " yüksəkliyində görüşdük. Həmin vaxt Nemət Veysəlli müşahidə məntəqəsindən düşmən işğalında olan, doğulub boya - başa çatdığı Yuxarı Veysəlli kəndinə baxıb hönkkür - hönkür ağlayırdı. Əbülfət müəllimlə mən, ona yaxınlaşıb sakitləşməsini xahiş etdik. Əbülfət Mədətoğlu : - Nemət müəllim, belə etmə.

Əsgərlər kənardan baxır və onlara da psixoloji təsir edir. Yaxşı olar ki, biz bu döyüşçü əsgərlərlə ruhlandırıcı söhbətər  aparaq. Onların haqqında xüsusi oçerk və  hekayələr hazırlayaq. Söhbət əsnasında əsgərlər haqlı olaraq qoşunlarda döyüşçülər və şəhidlər haqqında, vaxtlı vaxtında qəzet materiallarının hazırlanmasının azlığından şikayətləndilər. Mərhum Nemət Veysəlli bildirdi ki, çatdıra bilmirik. Belə ki, ölkədə cəmi bir hərbi qəzetimiz var. Əməkdaşlarımız azlıq təşkil edir. Döyüş cəbhəsi genişdir, bu səbəbdən çatdıra bilmirik. Yazı materialları hazırlanır, ancaq səhifələr daima dolu olduğundan günlərlə, həftələrlə gözləməli oluruq ki, materiallar nəşr edilsin. Sonra dedi ki, bu barədə mən, bu gün, Əbülfət müəllimlə birlikdə tabor komandiri Mobil Yusifovla da, söhbətimiz oldu. Danışdıq ki, yaxşı olar öz Hərbi hissənizin orqanı olan bir qəzet təsis edərdiniz. Bu barədə " ARAZ " qəzetinin baş redaktoru Məcnun Namazəliyevlə də söhbətimiz oldu. Məcnun müəllim dedi ki, mən köməklik edəcəm bizim mətbəədə çap olunsun. Belə qərara gəldik ki, sizin tabor üçün adi Döyüş vərəqi ölçüsündə kiçik bir qəzet nəşr edilməsinə köməklik edək. Həmin gün,  günün ikinci yarısında Yuxarı Dilağada kəndində, tabor komandiri, mərhum polkovnik - leytenant Mobil Yusifovla taborun qəzeti haqqında məsləhətləşdik. O, belə qərar qəbul etdi ki, bunun üçün ümumi yığıncaq keçirib, protokol tərtib etməliyik.

  Biz bunu belə də etdik. Belə ki,1992-ci ilin aprel ayı üzrə Hərbi hissə komandiri Mobil Yusifovun sədrliyi ilə ümumi yığıncaq keçrib protokollaşdırdıq.

  Qərarara alındı :  Hər ayda iki dəfə nəşr olunmaqla Hərbi hissənin bütün şəxsi heyətini Azərbaycan Respublkasının ərazi bütövlüyü uğrunda aparılan ədalətli müharibədə vahid döyüş cəbhəsində birləşdirəcək "CƏBHƏÇİ " adlı hərbi qəzet təsis edilsin.

 - Növü - hərbi qəzet.

 - Formatı - a - 24 həcmdə.

- Səhifəsi - 2

- Redaktor - Füzuli rayonu İcra Hakimiyətinin gündəlik ictimai - siyasi qəzeti olan, " ARAZ " qəzetinin əməkdaşı Nəsibə Bəylərovanın ( Balabəyli ) təyin edilməsi xahiş edilsin. ( Sonrakı illərdə Nəsibə xanım dünyasını dəyişdi. Allah rəhmət eləsin. )

 - Qəzetin çap edilməsi - Qəzetin hər ayın  15-i və 30-u günlərində nəşr edilməsi Füzuli rayonlararası mətbəənin müdri Oqtay Əliyevdən xahiş edilsin.

 - Hərbi hissənin orqanı olan, hərbi qəzetin Azərbaycan Respublikası mərkəzi mətbuatı və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqənin yaradılması, nəşr ediləcək materialların seçilməsi, hazırlanması, nəşri və yayımı müvafiq  vəzifəli şəxslərə həvalə edilsin.

   Hərbi qəzetimiz aşağıdakı bölmələr üzrə  təsis edilmişdi.

 -  " Şəhidlər ölməz Vətən bölünməz . "Bu bölmədə Şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq nümunələrini əks etdirən yazılar öz əksini tapırdı.

-  " Mənim qazi qardaşım "  bu bölmədə, döyüşlər zamanı yaralanaraq qazi olmuş qəhrəman döyüşçülər haqqında yazılar dərc edilirdi.

 -  " Sizə minnətdarıq ! " - bu bölmədə  nümunəvi xidmət edən, Vətənin müdafiəsində və döyüşlər zamanı xüsusi şücayət göstərən döyüşçü əsgərlərin valideynlərinə Hərbi hissə komandanlığının müraciəti dərc edilirdi.

 - " Təki Vətən yaşasın "  - bu bölmədə Vətən torpaqlarının müdafiəsində canlı əfsanə olan və döyüşlər zamanı qəhrəmanlıq nümayiş etdirmiş döyüşçülərimiz barədə xüsusi repotajlar hazırlanırdı.

 - " Qarabağım - qədim diyarım. " - bu bölmədə Qarabağın dünəni və bu gününü əks etdirən tarixi araşdırma materialları dərc edilirdi.

 -  " Əsgər yaradıcılığı " - bu bölmədə bədii yaradıcılıq qabliyyətli döyüşçülərimizin yazıb yaratdığı oçerk, hekayə, povest və şeirləri hissə - hissə çap edilirdi.

 -  " Döyüşçü lətfələri " - bu bölmədə dünya  və ölkə ədəbiyyatında mövcud olan maraqlı lətfələr dərc edilirdi.

  - " Hərb tariximizdən səhifələr "  - bu bölmədə Azərbaycan hərb tarixindən  nümunə götrüləcək döyüşlərin tarixi hekayələri haqqında yazılar dərc edilirdi.

  - " Hərbi hüquq və Ümumqoşun nizamnamələri "  - bu bölmədə hərbi hüquq və Ümumqoşun nizamnamələrindən vacib olan məsələlər haqqında açıqlamalar verilirdi.

 -  " Başınız sağ olsun "  - bu bölmədə şəhid valdeynlərinə hərbi hissə komandanlığı və bütün şəxsi heyət adında baş sağlığı dərc edilirdi.

   Hərbi hissənin orqanı olan hərbi qəzetin ilk nömrəsinin hazırlanması və nəşr edilməsi üçün bir neçə ay çalışmalı olduq. Belə ki, müharibə şəraitində hər gün müxtəlif fors - major hadisələrin baş verməsi və çətinliklər üzündən bunu edə bilmirdik. Sonda bu məsələdə hərbi hissənin qocaman döyüşçü, kapitan Asif Şirinov bizə yaxından köməklik göstərdi. Nəhayət ki, biz hərbi hissənin hərbi qəzetinin ilk nömrəsinin nəşrinə1992-ci ilin avqust ayında nail olduq. Ancaq, çox təəsüflər olsun ki, hərbi hissənin qərargah rəisi kapitan Elxan Yusifova qəzetimizi görmək qismət olmadı. O, həmin gün Yuxarı Veysəlli kəndinin düşməndən azad olunması uğrunda aparılan əks - hücum döyüşündə 8 nəfər cəsur Vətən oğullarımızla birgə böyük fədakarlıq göstərərək qəhrəmancasına həlak oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

   Hərbi qəzetimizin ilk nömrəsi 15 avqust 1992- ci ildə, sonuncu nömrəsi 15 aprel 1993-cü ildə nəşr olundu. Bu müddət ərzində hərbi qəzetimizin 9-nömrəsi nəşr edilmişdi. 1993- cü ilin ikinci yarsında Füzuli döyüş cəbhəsində yaranmış gərginlik və narahatlıqlar üzündən Füzuli rayonlarararası mətbəənin fəaliyyəti dayandırıldı. Nəticədə mövcud imkansızlıqlar üzündən bizim qəzetin də  nəşri dayandırıldı.

   Mən, bu gün, öz arxivimə baxış edərkən arxaya, 34-il geriyə dönüş edib FÜZULİ ƏRAZİ ÖZÜNÜMÜDAFİƏ TABORUNUN orqanı olan hərbi qəzeti gördüm. Üstündən illər və on illər keçib, qəzetin vərəqləri saralıb, köhnəlib. Ancaq özündə daşıdığı yazılar canlı tarixə çevrilib. O, tarix ki, bizi gələcəyə, zəfərlərə, qələbələrə və qəhrəmanlıq salnaməsinə aparır.

 Bu gün, yüzlərlə keçmiş döyüşçünün arxivində rəngi saralmış olan bu tarixi qəzet parçaları gələcəkdə hansısa tarixi araşdırmaçının təhqiqat materiallarına çevriləcək. Çünki, bu qəzet zamanında qanlı səngərlərdə düşmənə qarşı mübarizə aparan qəhrəman oğulların canıl olaraq səsini eşidib, cəsarət çöhrəsindən rəng alıb, onların şəhid olmuş arzularını dinləyib, torpağa güc verən qanından öpüb. Bax əsil canlı tarix budur. Dünənin qəzeti, bu günün əfsanəsi və canlı tarixi.

 Ölkəmizin hər yerində olduğu kimi Naxçıva Muxtar Respublikasında da mətbuat və jurnalistika hər zaman peşəkarlığı ilə seçilmişdi. Ölkəmizə qarşı yönəldilmiş yanlış məlumatların qarşısının alınmasında hər zaman prinsipiallıq göstərmişdi. 2014-cü ilin oktyabr ayında Naxçıvan Ali Məclisinin gündəlik ictimai - siyasi qəzeti " ŞƏRQ QAPISI " nın və " ƏCƏMİ " nəşriyat poliqrafiya birliyinin köməyi və dəstəyilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun orqanı olan " ÜMUMQOŞUN ORDUSU " hərbi qəzeti nəşrinə nail olduq. Hazırda həmin qəzetin nüsxələri M.S. Ordubadi adına Naxçıvan Dövlət kitabxanasında saxlanılır.

2020-ci ilin setyabrnda Qədim Qarabağın işğalda olan ərazilərinin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində düşməndən azad olunması uğrunda 44 gün ərzində aparılmış ədalətli Vətən müharibəsində 19 sentyabr 2023-cü ildə QARABAĞDAN seperatçı - fitnəkar qüvvələrin 23 saat ərzində təmizlənməsində, Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasında Milli Mətbuatın və jurnalistikanın fəaliyyəti Milli Ordumuzun qəhrəmanlıq nümunələrinə bərabərdir.

  Milli və hərbi mətbuatın, KİV-nin inkişafında, media nümayəndələrinin  böyük əməyi olmuşdur. Onlar bu gün də öz şərəfli peşəsilə sevə - sevə xalqımıza, azad, suveren, müstəqil Azərbaycanımıza vicdanlı Vətəndaş mövqeyilə xidmət edirlər.

13 iyul 2026-,cı il tarixində IV ŞUŞA QLOBAL MEDİA FORMUNDA Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev media nümayəndələri qarşısında çıxışı zamanı ölkəmizə qarşı yönəldilmiş yanlış informasiya və məlumatların qarşısının alınmasında Azərbaycan Milli Mətbuatının yaradıcı  peşəkar media əməkdaşlarının əməyini yüksək qiymətləndirmişdi.

22 iyul - Milli Mətbuat günü münasibətilə xalqımızı və bütün yaradıcı insanları təbrik edirik.

BAYRAMINIZ MÜBARƏK OLSUN !.

 

Polkovnik Mirqiyas Seyidsoylu.