Xəyalə Sevil - Buz kəsilib səndən sonra xatirən

Ədəbiyyat 09:50 / 21.07.2026 Baxış sayı: 269

Buz kəsilib səndən sonra xatirən,

Nə bir gülür, nə ağlayır, biləsən.

Ürəyimin ümidinə qalmışam,

O da səni sayaqlayır, biləsən.

 

Biləsən ki, nə getməyə yerim var,

Nə qalmağa rahatlığım var mənim.

Üstümə gün kimi düşür, biləsən,

Qaraldır qanımı axşamlar mənim.

 

"Gəl-gəl"-deyə yellənirdi əllərim, -

Əlim əsə-əsə xatırlayıram.

Baxma yaddaşımın nadincliyinə,

Səni birnəfəsə xatırlayıram.

 

Buz kəsilib səndən sonra xatirən,

Yerimdəcə qurumuşam don kimi.

Bilirəm e, bu axırdı, bu sondu,

Sən yenə də oxuyarsan "Dön" kimi.