Rəfail Tağızadə - Könlünə yatmayanı
Ədəbiyyat
11:08 / 21.07.2026
Baxış sayı: 301
Könlünə yatmayanı
sahilə qovan dəniz,
gülü qoynuna alan
dəniz, könlün nə təmiz.
Sevgilərin sadiqi -
sənə gül gətirmişəm,
sən ismətli gəlinsən
üzünə tül sərmisəm.
Gülü görüb əllərin
dalğa-dalğa əsəcək,
gəlib üzümə baxıb,
baxıb məni süzəcək.
Pıçılda qulağıma,
pıçılda duyulanı.
Gəl danışaq; boşaldım
içimə yığılanı.