Əbülfət Mədətoğlu Qələmindən

YAZARLAR 20:06 / 21.07.2026 Baxış sayı: 707

 

40 yaşını ezamda olduğu Azad Kəlbəcərdə qarşılayan Dayağım, Qürurum və Davamçım olan oğlum Babəkə - Atillamın atasına TƏBRİK MƏKTUBU

Gözümdə həm uşaq, həm də cavandı

Adıma, soyuma Təkdi - DAVAMDI!

Mənim nəfəsimdi, həm də Havamdı -

OĞLUM!

Odum, ocağımdı, hətta közümdü

Güvəncim, ümidim, həm də dözümdü!..

Qələmim, dəftərim, bütöv sözümdü -

OĞLUM!

Dünyamdı - Sevincim, qəmim yerində

Artığım, əskiyim, kəmim yerində...

O mənəm, duracaq mənim yerimdə -

OĞLUM!

Rəqəmlər həminki, ötənsə ahdı

Baxıb öyünməmək - böyük günahdı!

Ömrümə açıılan nurlu sabahdı -

OĞLUM!

Allahın lütfüdü - Tanrı payıdı

Bir nəsil sevinci - hay - harayıdı...

Atadı, əmidi, hətta dayıdı -

OĞLUM!!!

Gün sənin, söz mənim, sevinc hər kəsin

Tanrı nə verəcək olsun o bəsin!

Gəlsin yüksəklərdən qürurlu səsin -

OĞLUM!

 

 Şeirin bədii təhlili:

Əbülfət Mədətoğlunun bu şeiri ata sevgisinin, nəsil davamlılığının və ailə dəyərlərinin poetik tərənnümüdür. Əsər həm yüksək emosional tonu, həm də daxili səmimiyyəti ilə seçilir. Ezamiyyətdə (Kəlbəcərdə) 40 yaşını qeyd edən oğula, Babəkə ünvanlanmış ad günü təbriki və ata xeyir-duasıdır.

Oğul təkcə övlad deyil, həm də soyun davamçısı, valideynin arxası, dayağı və gələcəyidir. Kəlbəcər detalı şeirə həm də rəmzi bir qürur və vətənpərvərlik çaları qatır. Təbrik məktubu formasında yazılmış lirik şeir, müraciət-bədii məktubdur. Hər bəndin son misrası "OĞLUM!" nidası ilə bitən xüsusi bir təkrirlə (rədiflə) tamamlanır.

Bu, hisslərin emosional dərəcəsini artırır. Şeir AAA-B strukturu üzərində qurulub. "Davamdı-havamdı", "közümdü-dözümdü", "kəmim yerində" kimi qafiyələr şeirin ritmini təmin edir.

Müəllif oğlunu "nəfəsim", "havam", "odum", "ocağım", "közüm", "nurlu sabahım" adlandırır. Bu təşbehlər övladın valideyn həyatındakı həyati əhəmiyyətini göstərir. "Həm uşaq, həm də cavandı", "artığım, əskiyim, kəmim yerində" ifadələrində ziddiyyət vasitəsilə daxili

tamlıq və övlada olan bitməyən sevgi ifadə olunub. "Nurlu sabah", "qürurlu səs", "böyük günah" kimi birləşmələr bədii təsiri gücləndirir. Şeirin dili xalq poeziyası ənənələrinə yaxın və axıcıdır. Süni pafosdan uzaq, tamamilə səmimi, doğma və daxili bir intonasiya ilə yazılmışdır. "Rəqəmlər həminki, ötənsə ahdı" misrası ilə 40 yaşın gətirdiyi müdriklik və zamanın sürəti fəlsəfi şəkildə vurğulanır. Təbrik edirəm. Allah cansağlığı və bərəkətli ömür versin!

Sevil Azadqızı

21.07.2026