Şakir Xanhüseyn - FERRAN TORRESƏ
Ədəbiyyat
10:00 / 21.07.2026
Baxış sayı: 288
90 dəqiqənin... 106-cı dəqiqəsi
neçə gözdə parıltı,
üzdə fərəh,
ayaqda sürət,
neçə qəlbdə yeni döyüntü oldu,
ayağın baş qədər öyüncü oldu...
hə, 90 dəqiqənin 106-cı dəqiqəsində
rənglər açıldı,
hamı irəli- geri
sanki qanadlanıb uçurdu,
bu qarışıqlıqda elə bir nizam vardı ki;
böyük xoşbəxtlikdi yaşamaq
dünyanın ən güclüsü olma sevincini...
milyonlarla ürəyin
səsi eşidilir,
sözü dinlənilirdi bir hovur nəfəslərin
tutulma anında;
belə qələbələr vaxtı
bir də baxarsan
Tanrı durub yanında!