Əli Hacı Ağaevli -

Ədəbiyyat 09:55 / 21.07.2026 Baxış sayı: 297

Üstünə od ələnməsin,

Sevinc qurutsun yaşını !

Qaçaq düşsün qəm-kədərin,

Uşaqlar qatsın başını !

Milyon ildi tanış gəlir,

Şaxta adın,yağış adın !

Mənə baş qoşma,qəribəm,

Ayriliğam qəmim qadın !

İtib nizami dünyanın,

Bütün pərdələr cırılıb !

Get,özünə bir gün ağla,

Pay verən əllər qırılıb !

Dərisi soyulan adamam,

Qolları kəsilən biriyəm !

Məni çoxdan öldürüblər,

Sənin gözünə diriyəm !

İlan vurmasın dilini,

Qoşul yalana köz yaşa !

Neynim,bacara bilmədim

Bax ev-eşiyə döz,yaşa

Üstünə od ələnməsin,

Qaçaq düşsün qəm-kədərin !

Səni Tanrıya tapşırdım,

Göydə qalmasın əllərin !