Vasif Süleyman - KIMSƏ SEVILMƏYI BACARAMMAD

Ədəbiyyat 22:17 / 01.04.2026 Baxış sayı: 162

I

O, yanır eləcə səssiz-səmirsiz,

Nə unudur məni, nə danır məni.

Məni bir qız sevir eldən xəbərsiz,

Qadın heykəlinə qısqanır məni.

 

Hər dəfə eşqilə açılır sabah,

Hər gecə gözünü sıxır balınca.

Bu qıza bir damcı ağıl ver , Allah,

Bir dəli oğlanın düşüb dalınca.

 

İlahi, bu çiçək yaşımnan yarı,

Di gəl ki, gen dünya gözlərində dar.

Sizə yalvarıram qonşu qızları,

Deyin ki, Vasifin istədiyi var.