Şakir Xanhüseyn - ÖMÜR

Ədəbiyyat 09:25 / 01.04.2026 Baxış sayı: 362

 

ömür...tikməyəmi gəldin, bəlkə sökməyə...

ömür...gözünü aç, gözünü yum, bu da bir oyun...

ömür...bir təsbeh ki, qırılan danələrini toplamaq olmur...

ömür...sağa bax, sola bax, sona bax...

ömür...bir vamda ötmür...

ömür...ayağımızın altı dibsiz bir boşluq, qayalıq, daşlıq...

ömür...üstünə qoyan, əslində, üstündən götürür...

ömür...bəlkə sınaq müddəti- zəhməti-zilləti...

ömür...bəzən qüssəyə sevin, nəşəyə üzül...

ömür...sizlərə ömür...

ömür...diz qabırğada, ayaq üzəngidə və bir gün:”bura qədərmiş səninki də”...

ömür...hey yuxarı qalx, yuxarı, yuxarı aşağı...