Elnur Uğur Abdiyev - Ruhunu şad elə qadir İlahi

Ədəbiyyat 09:10 / 01.04.2026 Baxış sayı: 444

Ruhunu şad elə qadir İlahi,

Ölümün üzünə ağ ölənlərin.

Dərdi amalıdır ölü sağların,

Dərdi sağır olur sağ ölənlərin.

 

Ölü canlar əsri yaşayır cahan,

Canlı ölülərin canı cəhənnəm.

Nadanlar içində yaşayanların,

Qürubu cəhənnəm,danı cəhənnəm.

 

İlahi, qəribik öz- özümüzdə,

Heçdən gəldik heçə heç də gedirik.

Ən böyük rəqibik öz- özümüzdə,

Üzdə qayıdırıq,içdə gedirik.

 

Mən ölü sağların eşqinə,Tanrım,

Yaşadım yaşadım yeri sinəmdə.

Elə yaşayıram sağ ölülərtək,

Ölüb yaşamaq nə yaşayım mən də.