Tofiq Əmrahov : - "Vəfasız", " ədalətsiz", "zalım fələk" hansını desəm azdır...
Dostumuz Ələsgər Əlioğlunun əziz xatirəsinə...
******
"Vəfasız", " ədalətsiz", "zalım fələk" hansını desəm azdır...
Hər gün səsini eşidirdim, sanki həyatın bir parçası idin-Dəyişməz, daim yaşayan...
Telefon zənglərin günün ən doğma anı idi. Bir "alo" ilə Dünya bir az da yüngülləşərdi...
Sonra bir gün...
Səssizlik gəldi,
Nə zəng var, nə hənir
Nə də yarım qalan cümlələrin davamı...
Dedilər getdin...
İnanmadım
Çünki sən sadəcə gedə biləcək biri deyildin
İndi anlayıram-Bəzən fələk doğrudan da zalım olur, ədaləti gecikir
Vəfası çatmır...
Bir həqiqət var ki, Sən getmədin, sən hər gün danışdığımız xatirələrdə, güldüyümüz anlarda, Və içimdə qalan o səmimi dostluqda yaşayacaqsan...
Daha səsın gəlmir- düz iki gündür. Darıxıram...zəngini gözləyirəm
Sən qəribə adam idin, qəribə . Hamı yorulanda sən söhbəti yenidən alovlandırardın...Hanı indi o səs?- Hanı uşaqlar üçün qəlbindən süzülüb gələn o misralar?
Bəlkə elə axırıncı dəqiqələri idi mənlə danışdığın:- DEDİN qardaş,yeni kitabımı hazırlayıram, mən olmayanda onu heç kəs bacarmayacaq. Və, və...
Alo, alo dedim, səs gəlmədi...Deməli quş kimi, Cənnət quşu kimi uçub cənnətdəki məkanına gedibmişsən.
Allahdan rəhmət diləyirəm elimizin istedadlı qələm ustası Ələsgər Əlioğluna