Rəfail Tağızadə- Əzab
Ədəbiyyat
10:28 / 15.03.2026
Baxış sayı: 178
Ayrılmaq nə qədər çətin
sənə doğma səsdən, sözdən, üzdən...
Ayrılmaq nə qədər çətin
səni axtaracaq baxışlardan, gözdən...
Ayrılmaq nə qədər çətin
Günəşindən, Ayından,
qışından, baharından...
Ayrılmaq nə qədər çətin
özündən ayrılan kimi...
Ayrılmaq nə qədər çətin,
hətta səni itirən
lal gecədən belə.