Vahid Aslan - Vətən qadın

Ədəbiyyat 20:00 / 07.03.2026 Baxış sayı: 313

Bu gün Qənirə Paşayevanın doğum günüdür. Hörmətlə anırıq!

 

(Qənirə Paşayevaya)

 

Bacı olub, qardaş olub,

Ürəklərdə bitən qadın!

Kədərinə yoldaş olub,

Bu dünyadan ötən qadın!

 

Qəlbi atəş, gözü kömür!

Doyammadı səndən ömür!

Ayaq izin nura dönür!

Tanrısına gedən qadın!

Gözlərindən ürəyinə,

Sümüyündən iliyinə,

Yazılmışdı kimliyinə:

- Vətən qadın, Vətən qadın!

04.10.23