QƏZƏNFƏR BƏXTİYAR- ÖTƏN XOŞ ÇAĞLARIM ƏVƏZEDİLMƏZ.
(Əziz və dəyərli dostlarım 70-i salamladım və bu doğum günümdə Sizlərə bu şeirimlə xoş arzularımı, təbriklərə görə isə hər birinizə təşəkkürümü bildirirəm)
Tez ağartdı saçlarımı illərim,
Sevgisi sönməyən hanı gəncliyim?
Fikirsiz, qayğısız keçən günlərim,
Heyif ki, bir daha geriyə dönməz.
----------------------
Nə gözəlmiş uşaqlıq, həm cavanlıq,
Bax beləcə düşünürəm bir anlıq,
Bir vaxtlar gördüyüm qayğı, insanliq,
Tam başqaydı yaddaşımdan silinməz.
-----------‐------------
Gəncliyin qədrini indi ha bilsəm,
Gecdir artıq həsrətini ha çəksəm,
O çağımla hey xatirə söyləsəm,
Kitablar yazılar bitməz-tükənməz.
-----------------------
Enişi-yoxuşu olub ömrümün,
Sanmıram çiçəyi colub ömrümün,
Hələ çox illəri qalıb ömrümün,
Saysam da onların sayı bilinməz.
-------------------------
Yaş üstünə yaş gəldikcə ilbəil,
Baxıram ki, yerişim də o deyil,
Ürəyimin bu sözün də deyir dil,
Ötən xoş çağlarım əvəzedilməz,
İstəsəm də belə qayıda bilməz.