Tofiq  Əmrahov- Yaddaşıma həkk olunmuş xatirələrdən...

YAZARLAR 12:33 / 21.03.2026 Baxış sayı: 531

 

1985- ci ilin söhbətidir. Todan kəndimizdə rəhbər vəzifədə işləyən vaxtlarım idi.200 tamaşaçı tutan mədəniyyət evi tikdirməyə nail olmuşdum.Ona görə nail olmuşdum deyirəm ki, erməni rayonunun tabeliyində idik... Mədəniyyət evi nəzdində istedalı gənclərdən ibarət özfəaliyyət kollektivi yaratmışdıq. Günlərin bir günü özü də yay ayında məşq edilən vaxt Rayon PK-nin katibi əslən Qaraçinar kəndindən olan Danielyan Elmira Setrakovna qəfləti gəlib məşq gedən yerə keçdi. Uşaqlar məşqi davam etdirirdilər. O özü də işarə etdi ki, davam edin.

Oyun havası çalındı...Katib qol götürüb bizim gənclərlə qəşəngcə rəqs elədi. Çox xoşhal olmuşdu. O, humanitar sahə üzrə katib olduğu üçün daha çox maraqlı idi.

Xahiş eti ki, bir xalq mahnısı ifa olunsun. Axı onlar bizim rəqslər, mahnılar üçün "sunoy" getdiklərini yaxşı bilirdik. Ansambl bir təsnif ifa etdi və həmin an bu katib mikrofonu gətirib mənə verdi və dedi:- Amraxov bir özünü yoxla. Onu da deyim ki, azərbaycanca çox təmiz danışırdı. Lenin adına APİ-ni bitirmişdi...

Əlqərəz bir mikrofona baxdım, bir də katibə. Bacardığımdan oxudum...

Aradan xeyli vaxt keçmişdi.

Raykomun konfransı keçirilirdi, qış ayı idi. Əsas hissə başa çatdıqdan sonra, bədii hissə başladı. Bizim kollektivi də dəvət etmişdilər.Erməni kəndlərin musiqiçiləri bir- neçə nömrə ifa etdikdən sonra sözü bizim uşaqlara verdilər. Ümumi rəhbərliyi də həmin Elmira Setrakovna edirdi.

Uşaqlarımız bir muğamla başladılar çalmağa. Həm el.gitara, həm də qarmon var idi. Yenə çalğı gedə- gedə həmin katib mikrofonu gətirib əyləşdiyim yerdə gətirib verdi mənə ... neyləməliydim, oxudum...

Vətən sənin torpağının qüdrətinə qurban olum,

Koroğlunun, Babəkinin qeyrətinə qurban olum.

Və, və...

Azərbaycanlı nümayəndələr əl çaldılar, onlar isə yox

Fasilə də mənimlə münasibətdə olan "dostlar" da məndən aralı gəzdilər. Soruşdum ki, nə oldu sizə?- Ara, elə hinger Tofik o nə mahnı idi oxuyurdun, elə ayıb deyil...

Onu da qeyd edim ki, həmin konfransda Kommunist qəzetinin o vaxtki müxbiri rəhmətlik Əhməd İsayev də iştirak edirdi. Təəssüf etdim ki rəhmətlik Əhməd müəllim həmin tədbir haqqında heç nə yazmadı

Bu yazım xatirə də olsa yaddan çıxmayan bir hadisədir. Onların iç üzləri yaddaşlarımızdan silinməməməlidir.

Bir də onu deməyi özümə borc bilirəm ki qəhrəmanlıq təkcə silah götürüb vuruşmaq yox, bütün cəbhələrdə döyüşmək, vuruşmaq gərəkdir