KİÇİKLƏRƏ KİÇİKDƏN DƏ KİÇİK BİR NAĞIL - yazdı Ələddin Əzimli
Biri vardi, sonra iki oldular. Ata və Oğul. Gecə- gündüz ağıllarına nə gəldi yazardılar. Qəribəsi o idi ki, nədən və necə yazdıqlarını heç özləri də bilməzdilər.............
...Allah cəzalarını versin başsız, huşsuzların. Bax, bunlar da beləsindəndilər. Günün vədəsindən asılı olmadan Ata şəklini qəzetə vurdurub anlaşılmaz nəsə yazardı........Bir az sonra Oğul bu yerdəcə ağlasığmaz nəsə paylaşardı. Az qala unutmuşdum, bu Ata-Oğulun milliyyətindən, yerindən və yurdundan, iç məqsədlərindən tam bilgisizdım.......
...Bunların şəkilləri gözlərimi işıqdan salmışdı. Axı, bir gündə bəhsəbəs neçə dəfə efirə, fb-yə hücum çəkmək olardı.........Yəqin ki, soruşan tapılacaq, axı, bunlar kimdir? Açığı, heç özüm də bilmirəm və əziz
oxucular, Sizi yormaqdan uzağam............İşdir, əgər öyrənə bilsəm, mütləq marağında olanlara mütləq ismarış göndərəcəyəm.............
...Bu da hələlik bildiklərim və Sizə isti-isti söyləmək istədiklərim. Kiçik, yəni qısadan-qısa nağılımızın sonu. Ancaq mabədini izləməyi unutmayın, sevimli oxucularım və istəkli dostlarım. İşdir, bu barədə yeni bilgiyə sahib olsanız mənə yazmağı unutmayın !!...
21.03.2026.