Ələsgər ƏLİOĞLU - EŞQİMİ SƏN YERƏ VURDUN
Baş-başa verdikcə qəm də, qəhər də,
Bizim aramızdan çəkdi çəpər də...
Korun-korun yandı xatirələr də,
İllərlə beynimdən çıxdı tüstüsü...
Xəyalım qarışa-qarışa qaldı,
Çəmənim də qarğı-qamışa qaldı...
Hər sözün qırışa-qırışa qaldı,
Daha yaddaşımdan getdi ütüsü...
Özümü yollarda havayı yordum,
Yadların sözüylə oturdun, durdun...
Eşqimi göylərdən sən yerə vurdun,
Hələ də tapılmır "qara" qutusu...
10.01.2025