Bəhruz   Niftəliyev- Yaşaran güllərdə izlərin tanış,

Ədəbiyyat 08:46 / 21.03.2026 Baxış sayı: 570

·

Yaşaran güllərdə izlərin tanış,

Yaşanan günlərdə həsrətin doğma.

Sığalım istindi, dizlərim tanış,

Sarıl sən yarama, həsrətim olma!

 

Elə darıxıram, qopulur ruhum,

Tanrı da ölmüşəm, düşünür hərdən.

Gözlərim bağlanır, öpülür ruhum,

Sən demə, buzlar da üşüyür hərdən!

 

O qədər heçəm ki, yoxluğum qərib,

Limanlar, gəmilər satılıb, gülüm.

Sevgimin başına qorxduğum gəlib,

Ruhuma mərmilər atılıb, gülüm.

 

Nə Xəzər, nə Xəzri dadıma yetmir,

Gilavar ruhumu anlayanım yox.

Anama dərdimi danışanmıram,

Mənə ürəyimcə ağlayanım yox.

 

Bəlkə sən dərdimə yanasan, Tanrı?

Əyləşək, dərdləşək gecə uzunu.

Bəlkə qanadına alasan, Tanrı,

İşıq dirəkləri, küçə uzunu…

20.03.2026