Şakir  Xanhüseyn - Kimin sevgisini

Ədəbiyyat 12:53 / 21.03.2026 Baxış sayı: 498

Kimin sevgisini kürk kimi

atasan çiyninə ki,

heç üşüməyəsən...

Gözünü yumanda gördüyünün,

açanda görmədiklərinin fərqindəmisən?

Hündürə qalxanda da

elə bil yerin təkinə enirsən-

qaranlıqlar artır,

sirlər çoxalır...

Səhər cavanca birisinə

axşam baxırsan

qara saçlarında sanki dan yeri ağarır...