Təranə Məmməd -  Qızıma

Ədəbiyyat 08:32 / 16.08.2026 Baxış sayı: 308

 

Gözlərinin şövgü Ay selınındir,

Saçların çiynində mələk telidir.

Köksündə çırpınan saf bır incidir,

Necə də gözəlsən gözümdə, qızım!

 

Ay adını verdi, Günəş qəlbini,

Tanrı pay göndərdi əlif qəddini.

Varlığım, ümidim sanıram səni,

Məni bu həyata bağlayan qızım!

 

Sən mənim canımın tən yarısısan,

Başımda parlayan paklıq tacısan.

Mənə rəfiqəsən, kiçik bacısan,

Ömrümün bəzəyi, mənası, qızım!

 

Ömür qatarında birgə gedirik,

Birgə sevilirik, birgə sevirik.

Bu sonsuz qatarda biz sərnişinik,

Mən düşsəm,yoluna davam et, qızım