Əlirza HƏSRƏT - ŞANAPİPİK
Ədəbiyyat
17:29 / 14.08.2026
Baxış sayı: 308
Əlirza HƏSRƏT - ŞANAPİPİK
Sevindirdi gəlişin,-
Elimi,şanapipik.
Ey baharın nazənin,-
Gəlini şanapipik.
Ah,nə gözəldir bəstən,
Yandı bağrım bu səsdən.
Saldın başımın üstən,-
Yolunu,şanapipik.
Harda var belə mələk,
Oxu,ilhama gələk!
Gözün də gözlərimtək,-
Sulumu,şanapipik?..
Sənə nəğmə qoşana,
Bir nağıldan nişana.
Əyil öpüm o şana-
Telindən şanapipik!