Ağaevli Əli Hacı - Sən də gülüm, qaç uzaq
Ədəbiyyat
16:30 / 15.08.2026
Baxış sayı: 645
Sən də gülüm, qaç uzaq
Ocağımda kədər,qəm !
Sən durubsan yanımda,
Sənə görə ölmürəm !
Üzüm üz götürmədi,
Yuyundum söz içində !
Ürəyim hər gün yanır,
Sən də bu köz içində !
Bağla başın yaylığın,
Ahım əsir külək tək !
Baxışıma qış düşüb,
Yaza çıxmaq-boş istək !
Nə göyə var ümüdüm,
Nə yerdə yolum hamar !
Daha ömür çat verib,
Qırılır damar-damar !
İtirib hər gün məni,
Tapdın göz yaşlarında !
Sənə də gizlətmişəm,
Yaşım-sözün yaşında !
Sən də gülüm, qaç uzaq
Ocağımda kədər,qəm !
Sən durubsan yanımda,
Sənə görə ölmürəm !