Tahir Rzayev, millət  vəkili : - " İlham Əliyev uzun müddət sülhə doğru addımlar atıb."

SİYASƏT 21:07 / 13.08.2025 Baxış sayı: 4422

“Vaşinqton görüşü - 3 dövlətin rəhbərlərinin bir araya gəlməsi və dünyada sülhə, əmin – amanlığa, təhlükəsizliyə dəstək nümayiş etdirməsi tarixi bir hadisədir”. 

Mətbuata   Vaşinqton  görüşü  barədə  fikirlərini  bildirən millət  vəkili   Tahir  Rzayevin  sözlərinə görə, sülh, əmin – amanlıq, iqtisadi inkişaf olmadan insanların xoşbəxtliyi mümkün deyil:

“Trampın təşəbbüsü ilə keçirilən bu görüş Azərbaycan - Ermənistan münasibətlərinin qaydaya salınması, sülhə doğru addımlarının atılması, əlbəttə ki, iki ölkənin xeyrinə deyil, regionda təhlükəsizliyin təmin olunması baxımından olduqca əhəmiyyətlidir”. 

T.Rzayev qeyd edib ki, görüşdə birgə bəyannamənin imzalanması, bəyannamədə əksini tapan müddəalar tarixi bir hadisədir və bu, Azərbaycan Prezidentinin tarixi qələbəsi hesab olunmalıdır:

“Çünki Prezident İlham Əliyev uzun müddət sülhə doğru addımlar atıb, özünün çıxışlarında, beynəlxalq tədbirlərdə Cənubi Qafqaza sülhün bərpa edilməsinin vacibliyini qeyd edib. Bu görüşdə də bu amal, məqsəd ortaya qoyuldu və çox mühüm sənədlərə imza atıldı. ABŞ – Azərbaycan strateji tərəfdaşlığı haqqında memorandumun imzalanması, Minsk Qrupunun ləğvi, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar məsələlərin həlli, sülh planının hazırlanması və əlbəttə ki, ilk növbədə Azərbaycan Prezidentinə ABŞ rəhbəri tərəfindən göstərilən qayğı, onun fəaliyyətinə verildiyi qiymət qürurvericidir və gələcək üçün çox böyük perspektivlər açır. Əlbəttə ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan – Ermənistan üçün faydalı deyil, region dövlətləri üçün, eləcə də dünya ölkələri üçün çox vacib bir marşrutdur”. 

Millət  vəkili Yenises.az  bunu da vurğulayıb ki, “Bu görüş bir daha göstərdi ki, Azərbaycan Prezidenti özünün qətiyyətli addımlarını atır və düşünülmüş siyasəti ilə dünyaya Azərbaycanın demokratiyanın, azadlığın, sülhün tərəfdarı olduğunu sübut edir”.